Yevlax rayon polis şöbəsi kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Teleqraf.com-a bildirilib ki, daxil olmuş məlumat əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən rayon sakini Rafiq Əhmədov saxlanılıb.
Rafiq Əhmədovun yaşadığı ünvana baxış keçirilən zaman evinin həyətyanı sahəsində aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi, hündürlüyü 25-225 santimetr olan çəkisi 8 kiloqramdan artıq 45 ədəd çətənə kolları aşkar edilərək götürülüb.
Faktla bağlı Yevlax rayon polis şöbəsində araşdırma aparılır.