8 Oktyabr 2014 10:26
929
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Xəzər rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəsəbədə yerləşən bağ evlərindən birində 1992-ci il təvəllüdlü Günay Muradova bıçaqlanıb. Günay Muradova ağır bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib və vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi məlum deyil. Cinayəti törədən şəxsin müəyyən edilərək tutulması üçün əməliyyat-axtarış tədbirləri görülür.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: