8 Oktyabr 2014 14:42
961
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun M.Cəlal küçəsində qeydə alınıb. Bakı şəhər sakinləri Səxavət Gözəlovun idarə etdiyi “Mercedes”, Əsəd Hümbətovun idarə etdiyi “Mitsubishi”, Tural Əzimovun idarə etdiyi “Mercedes” və Lənkəran şəhər sakini Elsevər Həşimovun idarə etdiyi “Daewoo” markalı avtomobillər toqquşub. E.Həşimov və 1 sərnişini xəstəxanaya yerləşdirilib. E.Həşimov xəstəxanada ölüb.

Daha bir yol qəzası Sabunçu rayonunda qeydə alınıb. Sabunçu qəsəbəsində Bakı şəhər sakini Fariz Paşayev idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən paytaxt sakini Haqverdi İbadovu vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Hacı Zeynalov


Müəllif: