13 İyul 2020 16:18
2 436
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvan şəhərində vətəndaşlardan hədə-qorxu yolu ilə pul tələb edən şəxsin tutulması üçün əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşları hədələyərək guya onlar barəsində rüsvayedici məlumatlar yayacağı ilə zərərçəkənləri qorxudub pul tələb edən şəxs saxlanılıb.

Zərərçəkənlərdən Baş İdarəyə daxil olan çoxsaylı müraciətlər əsasında keçirilən əməliyyat nəticəsində hədə-qorxu ilə tələb etməkdə və dələduzluq əməlində şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Eyvaz Əmənov yaşadığı Şirvan şəhərində tutulub.

Araşdırma zamanı onun ümumilikdə 5 vətəndaşı hədələyərək onlardan ümumilikdə 2 000 manatdan artıq pul aldığı məlum olub.

Saxlanılan şəxs ifadəsində törətdiyi qanunsuz hərəkətləri etiraf edib.

Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Daxili İşlər Nazirliyinin 102” Zəng Mərkəzinə və ya Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər.

Qeyd edilən faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Eyvaz Əmənov barəsində Nərimanov rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu şəxsin ətrafında istintaq və əməliyyat tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər