27 İyul 2020 09:50
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda qətl hadisəsi törədən şəxs həbs edilib.

Teleqraf.com xəbər verir ki, rayonun Sabir kənd sakinləri Ruslan Nağıyev və onun əmisi oğlu Xaliq Nağıyev bıçaqlanıb.

Ruslan Nağıyev xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib.

Xaliq Nağıyev isə ağır halda Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən isə saxlanılıb.

Ciayəti törədən şəxs zərərçəkmişlərin bibisi oğldur.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd), maddələri ilə cinayət işi başlanılıb.

İstintaq gedir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər