10 Avqust 2020 09:55
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oğuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş–xaş 2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Bayan kəndi ərazisindəki əkin sahəsində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, ümumi çəkisi 3180 kiloqram olan 2650 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər