Bakının Nizami rayonunda gənc oölana basqın olub.
Bu barədə Teleqraf.com-a Nizami rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Bakı şəhər sakini Eşqin Aydınov iki naməlum şəxs tərəfindən döyülüb. Naməlum şəxslər Eşqin Aydınovdan pul verməsini tələb ediblər. lakin Eşqin Aydınov onlara pul verməyib. Bu zaman həmin şəxslər onu vəhşicəsinə döyüblər və daha sonra üzərində olan 200 ABŞ dolları və 450 manatı alaraq hadisə yerindən qaçıblar.
Zərərçəkən döyülmə zamanı aldığı xəsarətlərlə bağlı xəstəxanaya gətirilib. Ona tibbi yardım göstəriləndən sonra hüquq-mühafizə orqanlarına məlumat verilib.
24-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Maştağa qəsəbə sakinləri Vaqif Babayev və Sərxan Quliyev tutulublar.
Hacı Zeynalov