23 Avqust 2020 09:30
914
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonunda qonşusunu qətlə yetirməkdə ittiham olunan 1973-cü il təvəllüdlü Kamran Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim İlham Mahmudovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, hadisə Xaçmazın Dağıstan küçəsində qeydə alınıb.

Belə ki, həmin küçədə yaşayan 1978-ci il təvəllüdlü Ceyhun Sadıqov qonşusu Kamran Məmmədov tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Bıçaqlanan şəxs hadisə yerində dünyasını dəyişib.

Xaçmaz rayon polis şöbəsi tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə təqsirli bilinən Kamran Məmmədov saxlanılıb.

Qətlin şəxsi münaqişə zəminində baş verdiyi məlum olub.

Qeyd edək ki, qətlə yetirilən Ceyhun Sadıqov əvvəllər məhkumluq həyatı keçirib.

İstintaq orqanı tərəfindən Kamran Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər