Bakının Sabunçu rayonunda qətl hadisəsi törətməkdə ittiham olunan 1994-cü il təvəllüdlü Kamran Əliyevin barəsində olan ibtidai istintaq yekunlaşıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Rasim Sadıxovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası noyabrın 27-nə təyin olunub.
İttihama görə, bu il iyulun 27-də paytaxtın Sabunçu rayon sakini 1965-ci il təvəllüdlü Hüsnü Əliyevin meyitinin yaşadığı evin həyətində aşkar edilməsi barədə Sabunçu rayon prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Hüsnü Əliyevin bıçaqla xəsarət yetirilərək qəsdən öldürüldüyü müəyyən edilib.
İstintaqla cinayətin zərərəçəkmiş şəxslə eyni ünvanda kirayədə yaşayan 1994-cü il təvvəllüdlü Kamran Əliyev tərəfindən şəxsi münasibətlər zəminində mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
İstintaq orqanı tərəfindən Kamran Əliyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.