23 Dekabr 2020 15:04
1 992
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qusar rayonunda qadına təcavüz edən şəxs həbs edilib.

Teleqraf.com-un xəbərinə görə, Qusar rayon sakini Vasif Həmzətov rayon ərazisində yaşayan qadının evinə girib və ona təcavüz edib.

Qadının şikayəti əsasında Vasif Həmzətov həbs olunub.

İstintaq orqanı tərəfindən Vasif Həmzətovun barəsində Cinayət Məcəlləsinin 149.1-ci (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) və 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ittiham elan edilib.

İstintaq gedir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər