Ötən il korrupsiyaya qarşı mübarizə diqqət mərkəzində saxlanılmaqla 49 milyon 153 min manat məbləğində ziyanın ödənilməsi təmin edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Baş Prokurorluqda 2020-ci ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində çıxış edən Baş prokuror Kamran Əliyev bildirib.
Baş prokuror qeyd edib ki, həmçinin 13 milyon 283 min manat dəyərində əmlak üzərinə həbs qoyulub.