19 Fevral 2021 00:56
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Binəqədi rayonu 1-ci Mədən, korpus 43 ünvanında qeydə alınıb.

1986-cı il təvəllüdlü Husayen Gülxanım Arif qızı bıçaq xəsarəti alıb. Bildirilir ki, hadisəni törədən onun qardaşı olub.

Belə ki, oğul anasına bıçaq zərbəsi endirmək istəyən zaman H.Gülxanım araya girib və zərbə ona dəyib.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol əlin kəsilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər