ABŞ-ın Atlanta şəhərində və ətrafında yerləşən masaj salonlarına edilən silahlı hücum zamanı azı yeddi nəfər həyatını itirib, iki nəfər isə yaralanıb.
Teleqraf.com xəbər verir ki, ilk hadisə Atlanta yaxınlığındakı Çeroki dairəsində yerləşən masaj salonunda qeydə alınıb.
Naməlum şəxs insanlara atəş açıb. Nəticədə üç nəfər ölüb, ikisi isə xəsarət alıb. Hadisəni törədən şəxs ərazidən uzaqlaşa bilib.
Bundan başqa şəhərin şimal hissəsində yerləşən daha iki masaj salonunda da analoji hadisə baş verib. Bu hücumlar zamanı dörd nəfər həyatını itirib.
Artıq hüquq mühafizə orqanlarının əməkdaşları avtomobil yollarını bağlayıb, cinayəti törədənlər axtarılır.