29 Oktyabr 2014 15:02
902
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxda 5 gün əvvəl evində yanan kişi xəstəxanada ölüb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə oktyabrın 24-də Qazax şəhəri S.Vurğun küçəsində qeydə alınıb. Həmin küçədə yaşayan Bilal Əşrəfova məxsus evdə yanğın baş verib. Nəticədə 85 kvm. sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb, yanıq xəsarəti almış Bilal Əşrəfov xəstəxanaya yerləşdirilib. O, oktyabrın 28-də xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər