Ədliyyə Nazirliyinin Penitensiar xidmətdə əməliyyat müşavirəsi keçirilib.
Teleqraf.com xəbər verir ki, ədliyyə naziri Fikrət Məmmədovun xidmət əməkdaşları qarşısında qoyduğu vəzifələrin icrası ilə əlaqədar penitensiar müəssisələrdə saxlanılan şəxslərin əməyə cəlbolunmasının vəziyyətinə və istifadədə olan nəqliyyat vasitələrinin istismar qaydalarına riayət edilməsinə həsr olunmuş müşavirə keçirilib.
Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyevin sədrliyi ilə keçən müşavirədə tabe qurumların rəhbərləri, Baş idarənin və aidiyyəti xidmət sahələrinin məsul əməkdaşları iştirak ediblər.
Müzakirə olunan məsələlərlə bağlı xidmət sahələrinin hesabatları və bir sıra qurum rəhbərlərinin çıxışları dinlənilib, bəzi nöqsanların aradan qaldırılması ilə bağlı konkret tapşırıqlar verilib.
Hacı Zeynalov