Şəmkir rayonunda bədbəxt hadisə baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb. Samux rayon sakini Zirəddin İsmayılov dərinliyi 30 metr olan su quyusunu təmizləyərkən ehtiyatsızlığı nəticəsində yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov