7 İyul 2021 10:26
348
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Gəncə çayının sol sahilində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, ümumi çəkisi 1306 kiloqramdan artıq olan, 40201 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər