8 İyul 2021 19:07
438
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində Milli Məclisin həbsdə olan sabiq deputatı Rafael Cəbrayılovun işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com-un məlumatına görə, prokuror ittiham aktını elan edib. Daha sonra Rafael Cəbrayılov ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.

Məhkəmə iclası 22 iyul saat 15:30-da davam etdiriləcək.

İttihama görə, Rafael Cəbrayılov Milli Məclisin deputatı olarkən ayrı-ayrı şəxslərə torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatından keçirilməsi barədə çıxarışın alınmasında köməklik göstərəcəyi, eləcə də digər məqsədlərlə yalan vədlər verərək cəmi 11 nəfər şəxsin ümumilikdə 2 milyon 571 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib.

Rafael Cəbrayılov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham edilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər