Gəncədə zəhərlənmə hadisəsi baş verib.
Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasından verilən məlumata görə, şəhərin Məhsəti qəsəbəsinin sakini, 25 yaşlı Sakit Həsənov dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Tibbi yardım göstərildikdən sonra S. Həsənovun vəziyyəti normallaşıb.
Araşdırma zamanı məlum olub ki, 25 yaşlı gənc yaşadığı evin hamam otağında olarkən dəm qazından zəhərlənib.