Abşeron rayonunda bir ay əvvəl yol qəzasında xəsarət alan xəstəxanada ölüb.
Bu barədə Teleqraf.com-a Abşeron rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, hadisə sentyabrın 8-də, rayonunun Masazır qəsəbəsində qeydə alınıb. Saray qəsəbə sakini Polad Qasımov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən qəsəbə sakini Eyvaz Məmmədovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada oktyabrın 4-də ölüb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov