Daşkəsən rayon Astaf kəndində təşkil olunan içki məclisi qanla bitib.
Teleqraf.com xəbər verir ki, Astaf kəndində, 1981-ci il təvəllüdlü Eldəniz Həsən oğlu Abdullayev başından balta ilə xəsarət alıb.
O, ağır halda Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb. İlkin məlumatlara görə, ona həmyerlisi içki məclisində düşən mübahisə zəminində xəsarət yetirilib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə cinayət yerindən qaçıb. Faktla bağlı araşdırmalara başlanılıb.