Azərbaycanda 18 yaşlı qız anası və qardaşı tərəfindən ağır fiziki işgəncələrə məruz qalıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib.
Onun sözlərinə görə, artıq hadisə ilə bağlı cinayət işi başlanılıb:
"18 yaşlı qız evdə anası və qardaşı tərəfindən zorakılığa məruz qalıb. Onun əl-qolunu bağlayaraq bıçağı qızdırıb bədəninə basıblar. Uşaqlıqdan bu işgəncələrə birtəhər dözən qız sonda evdən çıxaraq polisə müraciət edib. Hazırda xanım sığınacaqdadır. İşgəncə faktı üzrə cinayət işi başlanılıb".