İŞİD terror təşkilatı Suriyanın Türkiyə ilə həmsərhəd olan Kobani şəhərində qətliam və zorakılıq aktları törətməkdə davam edir.
Terrorçular evlərə girir, qadınları, qızları zorlayır, kişilərə isə müxtəlif əzablar verərək öldürürlər. Onlar nəzart etdikləri evləri bir-bir şəhərlərdə gəzərək, dinc əhaliyə divan tuturlar.
Kobanidə İŞİD üzvləri evlərdən birinə giriblər. Onlar ailənin kişisini və onun həyat yoldaşını öldürüblər. Evin kiçik oğlu qaçaraq gizlənib. Lakin o, terrorçuların böyük bacısını necə zorladıqlarını gözləri ilə görüb. Terrorçular qızı kütləvi şəkildə zorlayıblar. Qız terrorçuların əlində canını tapşırıb.
Qorxudan səsini çıxara bilməyən oğlan gördüklərini heç zaman unutmayacağını deyib. Hazırda İŞİD terrorçuları şəhərdə dəhşətli qətiam törətməkdə davam edir.