2 Sentyabr 2021 12:23
975
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gədəbəy rayonunda bibisi qızına qarşı zorakılıq göstərməkdə ittiham olunan Qəzənfər Hacıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Gədəbəy rayon Məhkəməsinə göndərilib.

Cinayət işi baxılması üçün Fizuli Mirzəquliyevin icraatına verilib.

Yaxın günlərdə cinayət işi üzrə məhkəmə prosesi başlanacaq.

İttihama görə, bu ilin mayın 31-də rayon sakini, 1947-ci il təvəllüdlü Qəzənfər Hacıyev təxminən 20 ildir ki, himayəsində yaşayan ruhi xəstə olan bibisi qızı 1934-cü il təvəllüdlü Səkinə Həsənovanı evinin həyətində yerləşən tövlədə boğazından iplə taxtaya bağlamaqla qanunsuz azadlıqdan məhrum edib. Ona işgəncə verib.

İstintaq orqanı tərəfindən Qəzənfər Hacıyevin barəsində Cinayət Məcəlləsinin 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) və 145.1-ci (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər