12 Oktyabr 2021 11:03
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalov barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Teleqraf.com xəbər verir ki, Səbail rayon Məhkəməsində Namiq Zeynalovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanını vəsatəti təmin olunub.

Namiq Zeynalovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.

Qeyd edək ki, bundan əvvəl bu ilin iyulunda Namiq Zeynalovun barəsində olan həbs qətimkan tədbirinin müddəti 3 aya qədər uzadılmışdı.

Namiq Zeynalov Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

O, Cəlilabad rayon İcra Hakimiyyətində ötən ilin dekabr ayında keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb.

Prezident İlham Əliyevin ötən il dekabrın 8-də imzaladığı sərəncamla Namiq Zeynalov Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.


Müəllif: Hacı Zeynalov