13 Noyabr 2014 10:10
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göygöl rayonunda bıçaqlanma hadisəsi baş verib.

Göygöl rayon Polis Şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.

Daşkəsən rayon sakini, 1989-cu il təvəllüdlü Nizami Qurbanov həmyerlisi, 1981-ci il təvəllüdlü Xəyal Əsgərovla mübahisə edib. Mübahisə zamanı Nizami Qurbanov Xəyal Əsgərovu bıçaqlayıb.

Xəyal Əsgərov ağır bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Nizami Qurbanov həbs edilib. O, istintaqa verdiyi ilkin ifadəsində törətdiyi cinayəti etiraf edib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: