18 Noyabr 2021 15:43
4 915
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda yunan-Roma güləşçisi Fərid Zeynalabdinov azadlığa buraxılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə onun vəkili Aqil Layic sosial şəbəkədə yazıb.

Qeyd edib ki, Fərid Zeynalabdinov bir neçə gün əvvəl Sabunçu rayon Polis İdarəsi əməkdaşları tərəfindən narkotikə görə saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri satma) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Daha sonra Fərid Zeynalabdinovun barəsində həbs qətimkan tədbirinin dəyişdirilərək onun azadlığa buraxılması ilə bağlı Sabunçu eayon Məhkəməsinə müraciət edilib.

Məhkəmə Fərid Zeynalabdinovun vəkilinin müraciətimizi təmin etməyib.

Vəkil birinci intsansiya məhkəməsinin qərarından Bakı Apelyasiya Məhkəməsinə müraciət edib.

Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfinin müraciətimiz təmin olunub və Fərid Zeynalabdinov ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, Fərid Zeynalabdinov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının II kurs tələbəsidir.

Fərid Zeynalabdinov yunan-Roma güləşi üzrə Azərbaycanı 2018-ci ildə Avropa çempionatında təmsil edib. Həmçinin o, ölkə çempionatlarında bir sıra titullar qazanıb.


Müəllif: Hacı Zeynalov