Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirli bilinən Cavanşir Hüseynov və Nizaməddin Qurbanovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Cavanşir Hüseynov 11 il, Nizaməddin Qurbanov 9 il müddətinə azadlıqdan məhrum ediliblər.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə ittiham olunublar. Onlar Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulublar.
Hacı Zeynalov