Ağdamda abonent "Azərişıq" ASC-nin iki işçisini bıçaqlayıb, bir nəfəri isə döyüb.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.
ASC-nin Ağdam Elektrik Şəbəkəsi idarəsinin əməkdaşları Mirzəyev Taryel və Mirzəyev Şükür borclu abonent Kərimov Rəhim Davud oğlu tərəfindən bıçaqlanıb. İlkin məlumata görə, hadisəni törədən şəxs 175 AZN borcu olduğundan elektrik verilişini dayandırmaq üçün gələn işçilərə qarşı bu hərəkəti edib.
Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.