21 Noyabr 2014 17:45
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda ağır qətl hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Səbail rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, hadisə rayonun Y.Bədəlov küçəsində qeydə alınıb. Salyan rayon sakini Münəvvər Miriyevanın bıçaqla qətlə yetirilmiş meyiti yaşadığı evindən tapılıb.

Hadisə yerinə rayon prokurorluq və polis əməkdaşları gəlib. Münəvvər Miriyevanın kimin tərəfindən və hansı səbəbdən qətlə yetirilməsi məlum deyil. Hazırda cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər