26 Noyabr 2014 00:13
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda bu gün axşam saatlarında 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

Teleqraf.com-un məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, xilasedicilər 2-ci mərtəbədə dayanmış lifti 3-cü mərtəbəyə qaldırıb, qapılarını açıb və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar.

Bundan başqa, paytaxtın Binəqədi rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər qalıb. Xilasedicilər mənzilə eyvandan daxil olublar. Mənzilə baxış keçirilərkən yıxılmış vəziyyətdə aşkarlanmış vətəndaş aidiyyəti üzrə təhvil verilib.


Müəllif: