Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda intihara cəhdlə bağlı məlumat yayıb.
Teleqraf.com-un FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfər intihara cəhd edib.
Hadisə yerinə xilasedicilər cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində intihar etmək istəyən şəxs fikrindən daşındırılıb, təhlükəsizlik əraziyə endirilərək aidiyyəti üzrə təhvil verilib.