Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirli bilinən Layiq Axundovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini, 1940-cı il təvəllüdlü Layiq Axundov həyat yoldaşı, 1947-ci il təvəllüdlü Lətifə Axundovanı öldürüb. Cinayəti törədən Layiq Axundov polis idarəsinə gedərək evinə basqın olduğunu və həyat yoldaşının qətlə yetirildiyini bildirib.
Araşdırmalar zamanı Layiq Axundovun yalan danışması üzə çıxıb. Onun həyat yoldaşını bıçaqlayaraq öldürməsi məlum olub. Layiq Axundov həbs edilib.
Hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Layiq Axundov 12 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov