4 Dekabr 2014 10:40
1 425
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda axtarışda olan şəxs həbs edilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Yasamal rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, 29-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində1990-cı il təvəllüdlü Ələkbər Quliyev tutulub. Ələkbər Quliyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub.

Teleqraf.com-un xəbərinə görə, Ələkbər Quliyev Yasamal rayonunun “Sovetski” söküntü ərazisində vətəndaşlara özünü vəkil kimi təqdim edib. O, vətəndaşlara hüquqi yardım göstərmək adı ilə onların etimadını qazanıb və bir neçə nəfərdən xeyli miqdarda pul alıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər