4 Dekabr 2014 20:06
4 472
12 Punto 14 Punto 16 Punto 18 Punto

Trabzon şəhərindəki orta məktəblərin birində iyrənc hadisə baş verib. Məlumata görə, orta məktəb müəllimi 9 qız şagirdini zorlayıb.

Müəllim azyaşlı qızlara direktor otağında cinsi təcavüz edib. Hadisənin üstü isə müəllimin sonuncu dəfə 15 yaşlı şagirdini zorlamasında sonra açılıb.

Qızın şikayəti əsasında müəllim həbs edilib. Araşdırmalar zamanı məlum olub ki, məktəbin müəllimi Mehmet Ali bundan əvvəl də 8 qıza təcavüz edib. Onun zorladığı qızlar əsasən 13 yaşdan 15 yaşa qədər olub.

İyrənc əməlinə görə saxlanılan müəllimin işinə Trabzon şəhər Ağır Cəza Məhəməsində baxılıb. Müəllimə kütləvi şəkildə azyaşlı qızları zorladığına görə 27 ildən 72 ilə qədər azadlıqdan məhrum edilmə cəzası ilə cinayət işi açılıb.

Dindirilmə zamanı müəllim əməlini etiraf etməsə də, ortaya qoyulan faktlar və şahidlərin sözləri onun günahını sübut edib.

Müəllim məhkəmənin qərarı ilə 36 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.


Müəllif:

Oxşar xəbərlər