Goranboy rayonunda intihar hadisəsi baş verib.
Goranboy rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, hadisə dekabrın 3-də qeydə alınıb.
Dəlməmmədli qəsəbəsində fəaliyyət göstərən uşaq musiqi məktəbinin müəllimi Yolçu Məmişov özünü güllələyib. Yolçu Məmişovun intihar etməmişdən əvvəl yazdığı məktub üzə çıxıb. O, məktubda külli miqdarda borca düşdüyü üçün intihar etdiyini qeyd edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov