12 Sentyabr 2022 13:42
446
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəbələ Rayon Polis Şöbəsinə rayon sakini Veysəl Rüstəmovun odlu silahdan açılan atəş nəticəsində xəsarət alması və iki ayaq barmağının amputasiya edilməsi ilə bağlı məlumat daxil olub.

Teleqraf.com xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlərlə həmin şəxsin odlu silahla ehtiyatsız davranması nəticəsində xəsarət aldığı müəyyən edilib və ondan qanunsuz olaraq saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər