Sabirabad rayonunda silahlı insident baş verib.
Sabirabad rayon Polis Şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Hacıbəbir kəndində qeydə alınıb.
Kənd sakini 1959-cu il təvəllüdlü Elbrus İbadov ov tüfəngi ilə özünü güllələyib. Elbrus Bayramov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov