Sabirabad rayonu ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Saatlı rayon sakini Əlibarat Rəhimov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Qaratəpə kənd sakini Elmar Əliyevi vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov