13 Dekabr 2014 23:32
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün axşam saatlarında Qubada ağır yol nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com-un məlumata görə, hadisə Bakı-Quba-Rusiya federasiyası dövlət sərhəddi yolunun Quba rayonu, Paşaoba kəndi ərazisində qeydə alınıb.

99 BA 788 dövlət nömrə qeydiyyatlı “Mersedes Vita” markalı avtomaşınla 10 DE 509 dövlət nömrə nişanlı “VAZ 2107” markalı nəqliyyat vasitəsi toqquşub.

Qəza nəticəsində 2 nəfər dünyasını dəyişib, 6 nəfər isə müxtəlif bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır.


Müəllif: