Abşeron rayonunda faciəli hadisə baş verib.
Abşeron rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Mehdiabad qəsəbəsində qeydə alınıb.
Məlumata görə, qəsəbə sakini Köçəri Məmmədov evində ehtiyatzılığı nəticəsində kimyəvi məhlul içib. O, kimyəvi məhlulun təsirindən ölüb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov