Bakıda metroya bomba qoyulması barədə polisə məlumat daxil olub.
Bu barədə Teleqtraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, dekabrın 24-də saat 01.45 radələrində naməlum şəxs Daxili İşlər Nazirliyinin 102 Zəng Mərkəzinə zəng edərək “metronun “28 May” stansiyasının yanına bomba qoymuşuq” deyib.
Dərhal həyata keçirilmiş tədbirlər nəticəsində məlumat təsdiqini tapmayıb.
Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yalan məlumatı vermiş Mingəçevir şəhər sakini 32 yaşlı Taleh Səfərov metronun “28 May” stansiyasının yaxınlığında tutulub. Onun sərxoş halda olması müəyyən edilib.
Faktla bağlı araşdırmalar aparılır.
Hacı Zeynalov