26 Dekabr 2014 15:38
1 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətəndaşlara qarşı dələduzluq etmiş şəxsin qanunsuz əməlləri ifşa edilib. Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Şirvan şəhər sakinlərinin onlara qarşı yol verilmiş qanun pozuntuları ilə bağlı müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Aparılmış araşdırmalar zamanı Şirvan şəhər sakini Elvira Əhmədovanın bir sıra şəxslərin etibarından sui-istifadə edərək, yalandan onlara “ASAN xidmət” mərkəzlərində işə qəbul edilmələrini bildirib. O, saxta əmrlər hazırlayaraq təqdim etməklə onların 11 min manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq, təkrar törədildikdə), 178.2.4 (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər