Zərdab rayonu, Şahhüseynli kəndində vətəndaşa məxsus məxsus ümumi sahəsi 90 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları 80 kv.m sahədə və içərisinə yığılmış 6 ton ot bağlamasının 3 tonu yanıb.
Teleqraf.com FHN-in rəsmi saytına istinadən xəbər verir ki, köməkçi tikilinin, ot bağlamasının qalan hissələri və tikiliyə bitişik ümumi sahəsi 240 kv.m olan ev yanğından mühafizə olunub.
Yanğın saat 05:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb