1 İyun 2023 08:15
958
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Uşak vilayətində yanacaqdoldurma məntəqəsində iki qrup arasında dava baş verib.

Teleqraf.com xəbər verir ki, silahlı insident zamanı 5 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım cəlb olunub.

Hadisəni törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.


Müəllif: Teleqraf.com