Gədəbəy rayonunun Söyüdlü kəndində aksiyanın təşkilatçılarından biri həbs olunub.
Teleqraf.com xəbər verir ki, Söyüdlü kəndində 405 nəfərdən ibarət qrupu yaradan şəxs, aksiyanın təşkilatçılarından biri Cabbarov Etibar Məstan oğlu saxlanılıb.
Qeyd edək ki, Gədəbəy rayonunun Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində süni gölün tikintisinə etiraz olaraq iyunun 20-də aksiya keçirməyə cəhd göstərib.
Aksiyanın qarşısı alınan zaman polislə sakinlər arasında insident baş verib.