9 Yanvar 2015 14:37
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində narkotiklərlə bağlı əməliyyat keçirilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini Elşad Qasımov 5 kiloqram 0,45 qram marixuananı 9000 ABŞ dollarına satarkən tutulub.

Daha bir əməliyyatı Nəsimi rayon Polis İdarəsinin əməkdaşları keçirib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş İlham İbadovdan 5 kiloqram 567 qram marixuana götürülüb.

Hacı Zeynalov


Müəllif: