Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən Zərdab rayon sakini, 1967-ci il təvəllüdlü Şəhriyar Əhədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, 2014-cü ilin iyunun 28-də Binəqədi rayonunda yerləşən parklarının 1967-ci il təvəllüdlü Şəhriyar Əhədov tanışı, 1964-cü il təvəllüdlü Namiq Ağayevi bıçaqlayaraq öldürüb.
Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Prosesdə Şəhriyar Əhədovun anket məlumatları dəqiqləşdirilib. Məhkəməyə baxış yanvarın 14-ə təyin edilib.
Hacı Zeynalov