Yuxarı Qarabağ kanalında batmış şəxsin cəsədi tapılıb.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a bildiriblər ki, yanvarın 9-da Yuxarı Qarabağ kanalının İmişli rayonu ərazisindən keçən hissəsində (ən yaxın xilasetmə məntəqəsindən 50 km aralı) “Mercedes” markalı minik avtomobili suya düşmüşdür.
Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən avtomobildə olan sərnişinin axtarışlarına başlanılıb. Yanvarın 11-də 1993-cü il təvəllüdlü Əli Rəfail oğlu Şirinovun cəsədi dalğıc-xilasediciləri tərəfindən (batdığı yerdən 6 km aralıda) tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.