Gəncədə keçirilən toyda baş verən davanın iştirakçısı həbs edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş həmyerlisi Sədrəddin Musayev tutulub.
Qeyd edək ki, hadisə yanvarın 11-də axşam saatlarında baş verib. Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Kamran Kərimov toy mərasimində musiqi sifarişi üstündə dava edib. Dava zamanı o, naməlum şəxslər tərəfindən bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.
Hacı Zeynalov